"Fransa senatı bu ölkə üçün utancverici və qərəzli qətnaməni qəbul etdi"


Siyasət 26 Noy 2020 20:05:00 61 0

"Fransa senatı bu ölkə üçün utancverici və qərəzli qətnaməni qəbul etdi"

Fransa senatı bu ölkə üçün utancverici və qərəzli qətnaməni qəbul etdi. Qətnamədə senat Fransa hökumətinə qondarma Dağlıq Qarabağ qurumunun tanınmasını tövsiyə edir. Həm də Azərbaycanı Qarabağa qarşı hərbi aqressiyada ittiham edirlər. Azərbaycan dünya tərəfindən tanınmış öz ərazi bütövlüyünü bərpa edir. 28 il icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edir, bəzi fransız siyasətçilər isə bizi aqressor adlandırır.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ermənilər Azərbaycan torpaqlarının 20%-ni işğal edəndə, 1 milyon soydaşımızı qaçqın-köçkün edəndə, mülki insanların əmlaklarını məhv edəndə, bizə qarşı soyqırımlar törədəndə, işğal etdiyi torpaqlarda ekoloji fəlakətlər törədəndə Fransa senatının gözü bunları görmürdü, yoxsa, fransızlar bizi insan hesab etmirlər?:

"Əlləri afrikalıların qanına batmış, milyonlarla insanı soyqırımına məruz qoymuş fransızların bu hərəkəti bir daha onu deməyə imkan verir ki, onlar özlərini hamıdan üstün hesab edirlər. Fransızlar bilməlidirlər ki, Azərbaycan üçün onlar heç kimdir. Xüsusilə, o senatorların ermənilərin girovuna çevriliməsi Fransa senatının oyuncaq qurum olduğunu sübut etdi və bizim üçün o qətnaməyə imza atanlarla ermənilər arasında heç bir fərq yoxdur. Erməni lobbisinin əsirinə çevrilmiş Fransa senatından ayrı bir hərəkət gözləmirdim.

Çünki, Fransa bu illər ərzində Minsk Qrupunun həmsədri olaraq münaqişənin sülh yolu ilə həll olunmasına töhfə verməli idi. Amma biz bunun əksini gördük. Fransa çalışdı ki, münaqişə donmuş vəziyyətdə qalsın və işğal həmişəlik saxlamaqla Azərbaycanı mövcud status-kvoyla razılaşdırsın. Təbii ki, bu, Fransanın indi bilinən mövqeyidir. Qəbul olunmuş qətnamə heç də Fransa hökumətinin müəyyənləşdirəcəyi siyasət demək deyil. Əgər Fransa hökuməti senatın qəbul etdiyi qətnaməsinə uyğun addım atmalı olarsa, Azərbaycan da öz beynəlxalq hüququndan istifadə edərək Fransanın həmsədrliyindən imtina etməlidir. Fransa-Azərbaycan əlaqələrinə yenidən baxmalı olduğumuzu düşünürəm. Biz fransızlarsız da yaşaya bilərik".

Səudiyyə Ərəbistanı süni zəka sahəsinə 20 milyard dollar investisiya yatıracaq like
  • 26 Noy 20:00  
Digərləri Səudiyyə Ərəbistanı süni zəka sahəsinə 20 milyard dollar investisiya yatıracaq

Neftin ixracı ilə məşğul olan böyük dovlətlərdən biri olan Səudiyyə

arrow Ətraflı
Moskvada koronavirusla bağlı bəzi məhdudiyyətlərin müddəti yanvarın 15dək uzadılıb like
  • 26 Noy 19:55  
Dünya Moskvada koronavirusla bağlı bəzi məhdudiyyətlərin müddəti yanvarın 15dək uzadılıb

Moskvada koronavirusla bağlı mövcud məhdudiyyətlərin müddəti 2021-ci il

arrow Ətraflı
Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb like
  • 26 Noy 19:45  
Digərləri Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb

Dünya Bankı (DB) Azərbaycanda "Kənd təsərrüfatında rəqabətqabiliy

arrow Ətraflı
“Samsung” televizorları “Google Assistant” ilə təchiz ediləcək like
  • 26 Noy 19:40  
Digərləri “Samsung” televizorları “Google Assistant” ilə təchiz ediləcək

"Samsung Electronics" şirkətinin 2020-ci il "ağıllı" te

arrow Ətraflı
Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib like
  • 26 Noy 19:35  
Digərləri Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib

Azərbaycan Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə m

arrow Ətraflı
“Amazon” yeni nəsil “ağıllı” eynək buraxıb like
  • 26 Noy 19:30  
Digərləri “Amazon” yeni nəsil “ağıllı” eynək buraxıb

ABŞ-ın "Amazon" şirkəti "Amazon Echo Frames" adlı yeni

arrow Ətraflı
TƏBİB Azərbaycanda koronavirus testlərinin bitməsi barədə məlumatlara aydınlıq gətirib like
  • 26 Noy 19:24  
Digərləri TƏBİB Azərbaycanda koronavirus testlərinin bitməsi barədə məlumatlara aydınlıq gətirib

Azərbaycanda koronavirus (COVID-19) ilə əlaqədar aparılan testlərin bitmə

arrow Ətraflı
Azərbaycan Fransaya nota verdi like
  • 26 Noy 19:15  
Siyasət Azərbaycan Fransaya nota verdi

Bu ilin 26 noyabr tarixində Fransanın Azərbaycandakı Səfiri Zakari Qros Xar

arrow Ətraflı
Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib like
  • 26 Noy 19:14  
Digərləri Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisind

arrow Ətraflı
Qardaşı və oğlu cəbhədə olan Əflatun Qubadov: “Hər ikisinin borcudur” like
  • 26 Noy 19:09  
Şou-biznes Qardaşı və oğlu cəbhədə olan Əflatun Qubadov: “Hər ikisinin borcudur”

Müğənni Əflatun Qubadovun qardaşı və oğlu Orxan ikinci Qarabağ mu

arrow Ətraflı
20 obyektdə epidemiya əleyhinə rejim pozulub like
  • 26 Noy 19:04  
Digərləri 20 obyektdə epidemiya əleyhinə rejim pozulub

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm

arrow Ətraflı
Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası like
  • 26 Noy 18:54  
Siyasət Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası

"Yandırılmış torpaq" taktikası 1977-ci il Cenevrə Konvensiyasın

arrow Ətraflı
Tatlısəsin qızı karantin qaydalarını pozdu like
  • 26 Noy 18:49  
Digərləri Tatlısəsin qızı karantin qaydalarını pozdu

İbrahim Tatlısəsin müğənni qızı Dilan Çıtak karantin qaydasını pozub

arrow Ətraflı