2020ci ilin ən etibarsız şifrələrinin reytinqi təqdim olunub


Digərləri 26 Noy 2020 20:15:00 149 0

2020ci ilin ən etibarsız şifrələrinin reytinqi təqdim olunub

İnsanlar demək olar bütün şəxsi məlumatlarını internetdə saxlayırlar. Lakin həmin insanların çox az hissəsi öz məlumatlarının təhlükəsizliyi barəsində düşünür. Bu məsələdə ən geniş yayılmış səhv qərar etibarsız şifrələrdən istifadədir. NordPass adlı şifrələr menecerinin tərtibatçıları insanlar tərəfindən hansı şifrələrin daha çox istifadə olunduqlarını söyləyiblər. Bu barədə Gizmochina saytı xəbə verib.

NordPass tərtibatçılarının sözlərinə əsasən milyonlarla insan öz istifadəçi hesablarına daxil olmaq üçün hələ də "123456" və "password" kimi etibarsız şifrələrdən istifadə edir. Bu cür şifrələr hər il ən etibarsız şifrələr kimi reytinqlərdə birinci pillələrdə qərarlaşırlar. Bu isə onu sübut edir ki, insanlar bu cür şifrələrin istifadəsindən imtina etmək niyyətində deyillər. NordPass tərtibatçılarının fikirlərinə əsasən 2020-ci ilin ən etibarsız şifrələr reytinqi aşağıdakı kimidir:

- 123456

- 123456789

- picture1

- password

- 12345678

- 111111

- 123123

- 12345

- 1234567890

- senha

- 1234567