“Samsung” şirkəti populyar “Galaxy Note” smartfonlar seriyasından imtina edəcək


Digərləri 26 Noy 2020 19:50:00 144 0

“Samsung” şirkəti populyar “Galaxy Note” smartfonlar seriyasından imtina edəcək

"Samsung" şirkəti elastik ekranlı cihazlara görə "Galaxy Note" smartfonlar seriyasından imtina edə bilər. Bu barədə şəxsi mənbəsinə istinad edən Cənubi Koreyanın "Aju News" nəşri məlumat verib.

Son.az ictnews.az-a istinadən bildirir ki, təqdim edilməsi 2021-ci ilin iyununa planlaşdırılmış "Galaxy Z Fold 3" qatlanan telefon populyar fabletlər seriyasını əvəz edəcək. Yeniliyin ekranı "Note" cihazının əsas özəlliyi olan "S Pen" elektron qələmlə işləməyi dəstəkləyəcək.

"Samsung" şirkətinin hesablamasına görə, elastik ekranlı smartfonun üçüncü nəsli istifadəçilər arasında populyar olacaq.