Kəlbəcərin danışıqlar masasında geri qayıtarılması diplomatik qələbənin də bizimlə olduğunu göstərir


Siyasət 26 Noy 2020 19:19:00 180 0

Kəlbəcərin danışıqlar masasında geri qayıtarılması diplomatik qələbənin də bizimlə olduğunu göstərir

Kəlbəcər ölkəmizin ən yüksən dağ rayonudur. Ermənistan silahlı qüvvələri Kəlbəcəri 1993 - cü ilin aprelin - 2 si işğal etmişdi. Həmin vaxt azərbaycanlılara 10 saat vaxt verilmişdi ki, rayonu tərk etsinlər. İnsanlar evindən çıxara bildikləri əşyaları ilə birlikdə at belində, üstü açıq yük maşınlarında qarın altında , ayaqyalın şəkildə çıxarıldılar. İşğal nəticəsində Kəlbəcərdən 53 mindən çox insan köçkün düşüb, 511 dinc əhali öldürülüb, 321 nəfər isə əsir götürülüb və itkin düşüb. Kəlbəcər rayonu Ermənistan üçün Qarabağla Laçından sonra ikinci dəhliz idi. Əvvəlcə Laçının sonra isə Kəlbəcərin işğalı ilə Ermənistanla Dağlıq Qarabağ arasında dəhliz yarandı, düşmən bununla da İrəvandan Qarabağa gətirilən silah və təchizatla işğalçılığına davam edirdi. Artıq həmin dəhliz öz sahiblərinə geri qaytarıldı.

Murovdağ silsiləsiylə əhatə olunan Kəlbəcərin torpağı qızıldır. Bu rayon qızıl, zod yataqları, müalicəvi mineral su sanatoriyaları, sıx meşələri, çayları, bulaqları ilə məşhurdur. Sənaye əhəmiyyəti böyük olan rayon həmçinin olan civə ehtiyatları ilə zəngindir. Uzun illər düşmən tərəfindən istismar olunan bu ehtiyatlar artıq öz sənayemizi, xalqın sosial rifahını yaxşılaşdırmağa xidmət edəcək.

Kəlbəcər kimi ərazi baxımdan böyük və dağlıq olan rayonun danışıqlar masasında, geri qayıtarılması diplomatik savaşdakı qələbənin də bizimlə olduğunu göstərir. Bu qələbə dünya ölkələri arasındakı mövqeyimizi daha da möhkəmləndirəcək. Təbii ki, diplomatik uğurun arxasında hərbi güc dayanır, biz torpaqlarımızın işğaldan azad olunmasını həm hərbi , həm də danışıqlar yolu ilə təmin etdik. XXI- ci əsrin reallığına görə cənab Prezident İlham Əliyev mümkün olmayanı etdi. Xüsusilə Kəlbəcərin qaytarılması barədə deyə bilərəm ki, Ermənistan üçün heç gözlənilən deyildi. Vaxt keçdikcə torpaqların geri qayıtması mümkünsüz hal alırdı. Bunu şərtləndirən geosiyasi amillər həllolunmaz görünürdü. Lakin Ali Baş Komandanın rəhbərliyi ilə əsgərlərimizin və ordunun şücaəti qələbəmizə yol açdı. Amma bu ilk növbədə geosiyasi qələbədir. Azərbaycan Prezidenti İlham Əliyev yeni tarixin başlanğıcına imza atdı. Yeni Qafqaz, yeni konfiqurasiya, yeni regional dünya məfhumunu yaratdı.

Ermənistanın ictimai fikri haqqında deyə bilərəm ki, düşmən təmamilə çaşqın, rəzil və pərt vəziyyətdədir. Məğlubedilməz xalq mifi ordumuz tərəfindən dağıdıldı, məhv oldu. Biz bu gün Kəlbəcərə qovuşduq artıq quruculuq və yaradıcılıq işlərimiz başlayacaq. Məscidlərimzi məhv edib dağıdan düşməndən fərqli olaraq , kilsələri - alban dövlətindən maddi - mənəvi miras kimi qalan abidələri bərpa edib mühafizə edəciyik.

Müşfiq Cəfərov, Milli məclisin deputatı

Trend