Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib


Siyasət 26 Noy 2020 18:35:00 76 0

Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri şeyx Ravil Qaynutdindən Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevə təbrik məktubu gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi, Rusiya Müftilər Şurası adından və şəxsən öz adımdan Sizi səmimi salamlayır, Sizə sülh, Ulu Tanrının mərhəmətini və şəfqətini diləyir, Dağlıq Qarabağda müharibənin dayandırılması barədə Bəyanatın imzalanması və uğurla yerinə yetirilməsi münasibətilə təbrik edirəm.

Mən bir din xadimi kimi, ilk növbədə, hərbi əməliyyatların başa çatması, atəşkəsin bərqərar olması və qan tökülməsinə son qoyulması, habelə köçkünlərin əvvəl işğal edilmiş ərazilərə qayıtması üçün şərait yaradılmasını yüksək qiymətləndirirəm. Bu Bəyanat beynəlxalq aləmdə tanınmış hüquqi normalar çərçivəsindədir və BMT Təhlükəsizlik Şurasının daha əvvəl qəbul edilmiş qətnamələrinə uyğundur. Bu, həmçinin Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında Bəyanatın könüllü şəkildə imzalanması ilə münaqişənin həll edilməsi faktı Dağlıq Qarabağ regionunun gələcəyinin prinsipial və mübahisəsiz həlli üçün möhkəm təməl olmalı, Dağlıq Qarabağın davamlı inkişafını, onun sakinlərinin təhlükəsizliyini və hüquqlarını təmin etməlidir.

Böyük sevinclə qeyd edirəm ki, Azərbaycan və bütün Azərbaycan xalqı Sizin müdrik rəhbərliyinizlə bu böyük sınaqdan uğurla çıxdı. Respublikanın dövlət hakimiyyəti ona həvalə edilmiş vəzifələri öz xalqı və bütün beynəlxalq birlik qarşısında şərəflə yerinə yetirdi. Münaqişənin sülh yolu ilə nizamlanmasında Rusiya Federasiyasının və şəxsən Vladimir Putinin həlledici rolunu da təbii, tarixi və mənəvi baxımdan haqlı hesab edirəm.

Ulu Tanrıya dua edirəm ki, Azərbaycan Respublikasında və bütün Cənubi Qafqaz regionunda sülh, qarşılıqlı anlaşma, firavanlıq bərqərar olsun. Bunun vacib şərti dini hüquq və azadlıqlara riayət edilməsi, bütün məzhəblərə məxsus insanların mənəvi ehtiyaclarına, müxtəlif dini ənənələrin, məbədlərin qorunub saxlanmasına və sərbəst fəaliyyətinə diqqət yetirilməsidir. Mən həm də tarixi və mədəni abidələrin, o cümlədən Uca Allaha qədim ibadət yerlərinin qaytarılması münasibətilə azərbaycanlı müsəlman qardaşlarımızın sevincinə böyük məmnuniyyətlə qoşuluram. Əminəm ki, bütün ibadət yerləri bərpa olunacaq və Müqəddəs Quranda bizə vəsiyyət edilən böyük ümumi işə xidmət edəcək: "Allahın köməyi və zəfər gəldiyi zaman və insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman, Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!".

Son.az 

Ermənistan parlamentində dava like
  • 26 Noy 18:34  
Dünya Ermənistan parlamentində dava

Ermənistan parlamentində dava düşüb.

arrow Ətraflı
Noyabrın 27də manatın dollara qarşı məzənnəsi like
  • 26 Noy 18:29  
Digərləri Noyabrın 27də manatın dollara qarşı məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məluma

arrow Ətraflı
Bərpa olunan enerji ilə bağlı iclas keçirilib  FOTO like
  • 26 Noy 18:24  
Digərləri Bərpa olunan enerji ilə bağlı iclas keçirilib FOTO

Azərbaycan Respublikası Prezidentinin "Bərpa olunan enerji mənbələrin

arrow Ətraflı
Koronavirus xəstəsi barədə cinayət işi başlanıb like
  • 26 Noy 18:14  
Digərləri Koronavirus xəstəsi barədə cinayət işi başlanıb

İsmayıllıda koronavirus infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı

arrow Ətraflı
Sahibkarların maarifləndirilməsi davam etdirilir like
  • 26 Noy 18:09  
Digərləri Sahibkarların maarifləndirilməsi davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai ia

arrow Ətraflı
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq like
  • 26 Noy 18:07  
Digərləri Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq

İşğaldan azad olunmuş Qarabağ regionunda investisiya qoyulması üçün gen

arrow Ətraflı
Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCECin 36cı sessiyasının açılış mərasimi olub like
  • 26 Noy 18:04  
Digərləri Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCECin 36cı sessiyasının açılış mərasimi olub

Noyabrın 25-də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ti

arrow Ətraflı
8 senator qətnaməyə verdikləri səsi geri götürdü like
  • 26 Noy 17:59  
Siyasət 8 senator qətnaməyə verdikləri səsi geri götürdü

Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanı

arrow Ətraflı
"Fransa çoxdan Minsk Qrupunun həmsədri mandatından məhrum edilməlidir" like
  • 26 Noy 17:55  
Siyasət "Fransa çoxdan Minsk Qrupunun həmsədri mandatından məhrum edilməlidir"

"Fransa Senatının qəbul etdiyi qətnamə qondarma Dağlıq Qarabağın t

arrow Ətraflı
Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır like
  • 26 Noy 17:54  
Siyasət Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır

Fransanın parlamentarizm tarixində daha bir utancverici hal yaşanıb. Fransa

arrow Ətraflı
Qarabağdakı xristian abidələri qədim AzərbaycanAlbaniya mirasıdır like
  • 26 Noy 17:49  
Siyasət Qarabağdakı xristian abidələri qədim AzərbaycanAlbaniya mirasıdır

"Xristian abidələrinin müdafiəçilərinə" bəyan edirəm ki, erm

arrow Ətraflı
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi like
  • 26 Noy 17:44  
Digərləri Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi

Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və kompensasiya

arrow Ətraflı
Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu like
  • 26 Noy 17:39  
Siyasət Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu

Ermənistanın agır məglubiyyəti ilə əlləri üzülmüş Fransa indi də re

arrow Ətraflı
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır like
  • 26 Noy 17:37  
Digərləri Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır

Ermənilər tərəfindən əsir götürülən yaralı əsgər Amin Musayevin Az

arrow Ətraflı
"Toppuş" bacıda yenidən şiş tapıldı: "Həyatla vidalaşıram" like
  • 26 Noy 17:34  
Şou-biznes "Toppuş" bacıda yenidən şiş tapıldı: "Həyatla vidalaşıram"

"Toppuş" bacıda yenidən şiş tapıldı: "Həyatla vidalaşır

arrow Ətraflı