Sahibkarların maarifləndirilməsi davam etdirilir


Digərləri 26 Noy 2020 18:09:00 142 0

Sahibkarların maarifləndirilməsi davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə metodiki köməklik etmək məqsədilə COVID-19-un profilaktikası çərçivəsində əməl edilməli vacib qaydaları əks etdirən növbəti maarifləndirici videoçarx hazırlayıb.

AQTA-dan Son.az-a verilən məlumata görə, sözügedən videoda koronavirusun profilaktikası istiqamətində Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydalar, bu sahədə tətbiq edilən metodiki göstərişlərin tələbləri əksini tapıb.

Sözügedən videoçarxı aşağıdakı keçidə daxil olaraq əldə edə bilərsiniz.

https://www.youtube.com/watch?v=VIWjOU9gDwo