"Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı"


Siyasət 26 Noy 2020 17:29:00 85 0

"Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı"

Azərbaycan dövlətinin ötən illər ərzində xarici siyasətinin ən mühüm hədəflərindən biri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında obyektiv beynəlxalq ictimai rəyin formalaşdırılması olub. Vətən müharibəsinin gedişində baş verən proseslər göstərdi ki, biz bu hədəfə nail olmuşuq.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Ramin Məmmədov deyib.

Deputat bildirb ki, sentyabrın 27-də başlayan əks-hücum əməliyyatları dövründə Ermənistanın demək olar ki, təcrid olunmuş vəziyyətə düşməsi məhz Prezident İlham Əliyevin uğurlu xarici siyasət strategiyasının məntiqi nəticəsi idi.

O qeyd edb ki, bəzi aparıcı ölkələrin, xüsusilə Avropa dövlətlərinin bir neçəsinin Azərbaycana qarşı daim qərəzli münasibətinə, ermənipərəst siyasət yürütməsinə baxmayaraq, bütün dünya Dağlıq Qarabağ bölgəsinin beynəlxalq hüquqa görə Azərbaycanın tərkib hissəsi olması faktını qəbul edir:

"Təsadüfi deyil ki, ATƏT-in Minsk Qrupunun həmsədri olmasına baxmayaraq, daim Ermənistan təəssübkeşi kimi çıxış edən Fransa da bu faktı etiraf etmək məcburiyyətində qaldı. Heç şübhəsiz ki, bu, Azərbaycanın apardığı ardıcıl siyasətin nəticəsində mümkün olmuşdu. Cənab Prezident bütün xarici səfərlərində, rəsmi görüşlərində, beynəlxalq səviyyəli tədbirlərdə çıxışları zamanı Dağlıq Qarabağın tarixi faktlara və beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olduğunu xüsusi olara qeyd edirdi. Beynəlxalq təşkilatlar çərçivəsində də bu istiqamətdə davamlı iş aparılırdı".

Deputat xatırladıb ki, ötən müddətdə BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatının və digər nüfuzlu beynəlxalq platformalarda Azərbaycanın bu mövqeyini təsdiq edən sənədlər qəbul olunub ki, bu da Azərbaycanın ədalətli mövqeyinin dünya tərəfindən etiraf edilməsi demək idi".

R.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin uzaqgörənliyi, müdrikcəsinə həyata keçirdiyi siyasət Azərbaycanın dünyada etibarlı dövlət imicinin formalaşmasında həlledici rol oynayıb:

"Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerinin möhkəmləndirməyə nail olub. Eyni zamanda, erməni lobbisi və diasporunun uzun illər ərzində Dağlıq Qarabağ mövzusu ətrafında formalaşdırdığı mif dağıdılıb.

Azərbaycan həm informasiya müharibəsində, həm beynəlxalq ictimai rəyin formalaşdırılmasında, həm də qlobal güclərin regionda maraqlarının uzlaşdırılmasında, daha dəqiq ifadə etsək, bu maraqların Azərbaycanın milli mənafelərinə mümkün mənfi təsirlərinin neytrallaşdırılmasında çox ciddi uğurlar qazandı. Şübhəsiz ki, müharibədə ölkənin iqtisadi və hərbi potensialı mühüm amillərdir. Lakin geosiyasi şərait digər amillərdən heç də az əhəmiyyət kəsb etmir. Bu mənada, hesab edirəm ki, cənab Prezidentin uğurlu siyasəti nəticəsində Azərbaycan bütün bu amillərin harmoniyasına yarada, tarixi situasiyanı, geosiyasi, hərbi, iqtisadi reallıqları düzgün qiymətləndirə bildi".

Deputat Azərbaycanın Vətən müharibəsində qələbəsinin məhz bu amillər sayəsində mümkün olduğunu vurğulayıb.

Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransa və digər Qərb ölkələrindən daha yüksəkdir like
  • 26 Noy 17:25  
Siyasət Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransa və digər Qərb ölkələrindən daha yüksəkdir

Mən əminəm ki, Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransada və digə

arrow Ətraflı
"İki ay yatmamışam, gözümə yuxu getmirdi, hər an tvitt gözləyirdim" like
  • 26 Noy 17:24  
Şou-biznes "İki ay yatmamışam, gözümə yuxu getmirdi, hər an tvitt gözləyirdim"

"Tək Füzuli yox, bütün Qarabağı gəzəcəm. Füzulidənəm, amma Şu

arrow Ətraflı
Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də artdı like
  • 26 Noy 17:22  
Digərləri Azərbaycanda koronavirusa yoluxanların sayı bu gün də artdı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yol

arrow Ətraflı
Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır like
  • 26 Noy 17:14  
Dünya Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır

Ermənistanın və onun xalqının beynəlxalq münasibətlərdə obrazı mənfi

arrow Ətraflı
Gürcüstanın böyük şəhərlərində sərt karantin rejimi tətbiq ediləcək like
  • 26 Noy 17:09  
Dünya Gürcüstanın böyük şəhərlərində sərt karantin rejimi tətbiq ediləcək

Noyabrın 28-dən Gürcüstanın Tbilisi, Batumi, Kutaisi, Rustavi, Qori, Poti,

arrow Ətraflı
Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir like
  • 26 Noy 17:04  
Siyasət Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir

Fransa dövləti ermənilərin Azərbaycan əhalisinə qarşı törətdikləri t

arrow Ətraflı
Türkiyəli aktyor və ailəsi koronavirusa yoluxdu like
  • 26 Noy 16:54  
Digərləri Türkiyəli aktyor və ailəsi koronavirusa yoluxdu

Türkiyəli aktyor Bekir Aksoy koronavirusa yoluxub.

arrow Ətraflı
Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır like
  • 26 Noy 16:49  
Digərləri Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır

Son dövrlərdə Azərbaycanda qeyri-neft sektorunun inkişafı və biznes mühi

arrow Ətraflı
Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir like
  • 26 Noy 16:41  
Siyasət Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir

Fransa Senatının qondarma "Dağlıq Qarabağ respublikası"nın tan

arrow Ətraflı
Nazirlik rəsmisi Abşerondakı ekoloji problemləri şərh etdi like
  • 26 Noy 16:39  
Digərləri Nazirlik rəsmisi Abşerondakı ekoloji problemləri şərh etdi

Ölkə vətəndaşlarını narahat edən ekoloji problemlərin həlli dövlət b

arrow Ətraflı
Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi like
  • 26 Noy 16:37  
Digərləri Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi

26 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Baş Prokurorluğuna Tü

arrow Ətraflı
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib  FOTO like
  • 26 Noy 16:34  
Digərləri Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib FOTO

Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Az

arrow Ətraflı
İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib like
  • 26 Noy 16:29  
Dünya İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib

İranda ötən sutka ərzində 13 961 nəfər koronavirusa (COVID-19) yoluxub.

arrow Ətraflı