Fransanın mövqeyi dəyişməyib, qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq Səfir


Siyasət 26 Noy 2020 12:34:00 141 0

Fransanın mövqeyi dəyişməyib, qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımırıq  Səfir

Fransanın Dağlıq Qarabağla bağlı mövqeyi dəyişməyib, ölkə qondarma "Dağlıq Qarabağ Respublikası"nı tanımır.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Fransanın Azərbaycandakı səfiri Zaxari Qross deyib.

Səfir bildirib ki, Senatın qərarı icbari hesab olunmur:

"Yalnız tərəflər arasında dialoq münaqişəni həll edə bilər. Fransa hökumətinin mövqeyi dəyişmədiyinə görə bu məsələnin Fransa-Azərbaycan münasibətlərinə təsir etməsinə səbəb görmürəm. Bu məntiqsiz olardı".