Azərbaycan “ŞimalCənub” nəqliyyat dəhlizi çərçivəsində layihələr reallaşdırır


Digərləri 26 Noy 2020 12:09:00 117 0

Azərbaycan “ŞimalCənub” nəqliyyat dəhlizi çərçivəsində layihələr reallaşdırır

Yaxın zamanlarda Azərbaycan-İran sərhədində avtomobil körpüsünün tikintisinə başlamaq planlaşdırılır.

Son.az bildirir ki, bu barədə Trend-ə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildiriblər.

Nazirlik nümayəndəsinin sözlərinə görə, ötən ilin sonunda Azərbaycan-Rusiya sərhədində, Samur çayı üzərində təkcə iki ölkə üçün deyil, həm də bütün region üçün vacib əhəmiyyət daşıyan körpünün tikintisi başa çatıb:

"Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunun tikintisi davam edir. Bu yolun 2021-ci ilin sonunadək başa çatması planlaşdırılır".