Türkiyə də karantini gücləndirəcək


Dünya 26 Noy 2020 11:44:00 135 0

Türkiyə də karantini gücləndirəcək

Türkiyə koronavirusla mübarizədə tətbiq edilən sərt karantin rejiminə nəzarəti gücləndirəcək.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla bağlı bələdiyyə sədrlərinə göstəriş verilib. Belə ki, bazar, ictimai nəqliyyat, alış-veriş mərkəzləri daxil olmaqla insanların sıx olduğu yerlərdə qaydalara əməl olunub-olunmadığı dəyərləndiriləcək.

Yoxlamalar 26-29 noyabr tarixlərində ölkənin bütün vilayətlərində həyata keçiriləcək. Nəqliyyat vasitələrinə baxış keçiriləcək, maska, spirt, təmizlik vasitələrinin olub-olmadığı yoxlanılacaq.

Həmçinin alış-veriş mərkəzlərində işçi və işçi saatı azaldılacaq, həmin məkanlarda havalandırma sistemləri yoxlanılacaq.

Qeyd edək ki, Türkiyədə son 24 saatda 6 min 814 nəfər virusa yoluxub, 168 nəfər həyatını itirib.