Senatın qərarı aydın şəkildə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir
Siyasət 26 Noy 2020 11:47:00 81 0
Senatın qəbul etdiyi bu layihə mətni siyasət deyil, aydın şəkildə Azərbaycan və Türkiyəyə qarşı düşmənçilikdir.
Bu xəbəri də oxu: Hərbi attaşelər Qubadlıda FOTO
Son.az Trend-ə istinadən bildirir ki, Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, dünən axşam Fransa Senatında qondarma "Dağlıq Qarabağ Respublikasının" tanınmasına dair qəbul edilən qətnamə layihəsi etibarsızdır, adi kağız parçasıdır. Fransa Senatı üçün utancverici qətnamədir:
"Qətnamə layihəsinə baxanda Qarabağla bağlı qəbul edilən qərarla Türkiyəyə qarşı da düşmənçilik edildiyini görürük.
Qətnamə Fransa Senatının dünyadan xəbərsiz olduğunu, 27 sentyabrdan bəri Qafqazda nə baş verdiyi haqqında məlumatı olmadığını da nümayiş etdirir. Azərbaycan, Ermənistan və Rusiyanın imzaladığı birgə Bəyanatdan, Azərbaycanın apardığı Vətən müharibəsindən də xəbərsizdir.
Daha da vacibi BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altında saxlanılan əraziləri və Dağlıq Qarabağla əlaqədar qəbul etdiyi, Fransa dövlətinin imzasının olduğu müvafiq qətnamələrdən də xəbəri yoxdur. Fransa Senatı ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi Fransanın bitərəf və ədalətli olmalı olduğunu unudur. Eləcə də keçən həftə Prezident Emmanuel Makronun "Qarabağ və ətrafındakı ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycan ərazisidir" deyə bildirdiyini də bilmir".
Sabiq diplomat deyib ki, bütün bunlar təcavüzkar və işğalçı Ermənistanın Fransadakı davamçısı olan erməni diasporunun və lobisinin Fransa Senatını uşağ bağçasına, oyuncağa çevirdiyini göstərir. Fransa Senatının imici ciddi şəkildə zədələnib:
"
Əvvəldə də qeyd etdiyim kimi bu sənəd dəyərsizdir, zibilə atılacaq".
Türkiyə koronavirusla mübarizədə tətbiq edilən sərt karantin rejiminə n

2020-ci ildə trans-milli siqaret şirkətləri ilə əməkdaşlıq məqsədilə

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 801 yoluxm

Əfsanəvi futbolçu Dieo Armando Maradonanın ölümü Argentina xalqını yasa

Yerevanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etirazlar davam

Sözün bitdiyi yerdəyik. "Demokratiyanın beşiyi"ndə gələcəyin

Şamaxı Rayon Polis Şöbəsinə COVID-19 infeksiyasına yoluxmuş rayon sakinl

Rus sülhməramlıları Kəlbəcər bölgəsinə nəzarətin ötürülməsi zama

Kapital Bank mövcud korporativ müştərilərin, eləcə də bank hesabı açma

Milli Məclis Fransa Senatında qondarma "Dağlıq Qarabağ respublikasın

Bildiyiniz kimi 10 noyabrda Azərbaycan və Rusiya Prezidentləri və Ermənista

Virusa yoluxma sayı o həddə çatıb ki, artıq xəstəxanalarda yer tapmaq da

İşğaldan azad olunan Kəlbəcər rayonundakı mövcud su ehtiyatları yenidə

Bu gün Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.

Yalnız bu 3 potensialdan - əkinçilik və maldarlıq, dağ mədən sənayesi v
