Azərbaycan tütün nümunələri Braziliya və Almaniyaya göndərilib


Digərləri 26 Noy 2020 11:39:00 126 0

Azərbaycan tütün nümunələri Braziliya və Almaniyaya göndərilib

2020-ci ildə trans-milli siqaret şirkətləri ilə əməkdaşlıq məqsədilə Azərbaycan tütün nümunələri Braziliya və Almaniyada dünyanın aparıcı laboratoriyalarına göndərilib.

Son.az bildirir ki, bunu Trend-ə "Azərbaycan Sənaye Korporasiyası"nın istehsal və əməliyyat departamentinin direktoru İlham Bayramov deyib.

Onun sözlərinə görə, "Azərtütün ASK" MMC Beynəlxalq Tütünçülər Assosiasiyasının üzvüdür. Bu təşkilata 23 ölkə daxildir:

"2021-ci ildə aqrotexniki tədbirlərin təkmilləşdirilməsi hesabına tütün istehsalını 30 faizədək artırmaq planlaşdırılır. Bu il istehsal əkin sahələrinin genişləndirilməsi hesabına artırıldı, gələn il isə bu, aqrotexniki tədbirlər hesabına mümkün olacaq "