COVID19 sürətlə yayılır: Xəstəxanada dəhşətli mənzərə


Digərləri 26 Noy 2020 11:14:00 137 0

COVID19 sürətlə yayılır: Xəstəxanada dəhşətli mənzərə

Virusa yoluxma sayı o həddə çatıb ki, artıq xəstəxanalarda yer tapmaq da çətinləşib.

Son.az Xezerxeber-ə istinadən xəbər verir ki, ölkəmizdə qələbə sevinci, ard-arda çalınan zəfərlər koronavirus pandemiyasını ikinci plana salsa da yoluxmaların rekord həddə çatdığını unutmaq olmaz.

Ümumdünya Səhiyyə Təşkilatının tələb etdiyi qızıl qaydalara əməl etmək mütləqdir. Ekspertlər həyəcan təbili çalırlar.

Maska təkcə ağızı deyil, burunu da örtməlidir. Dezinfeksiya məhlullarından mütəmadi istifadə edilməlidir.

Həkim Mehdi Əliyev deyir ki, məsafə mütləq qorunmalıdır, əgər belə olmazsa, digərlərini yox, özlərini yoluxdura bilərlər. İndi artıq uşaqlar da risk altındadırlar.