Azərbaycanda sitrus bitkilərinin məhsuldarlığı artıb


Digərləri 26 Noy 2020 10:19:00 128 0

Azərbaycanda sitrus bitkilərinin məhsuldarlığı artıb

Azərbaycanda yetişdirilən sitrus bitkilərinin məhsuldarlığı artıb.

Son.az bildirir ki, bunu Trend-ə açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin meyvəçilik şöbəsinin müdiri Surxay Novruzov deyib.

O bildirib ki, artım əsasən limon, feyxoa, portağal və naringi meyvələrində qeydə alınıb: "2018-ci illə müqayisədə 2019-cu ildə sitrus bitkilərində məhsuldarlıq limon istehsalında 3%, feyxoada 11%, portağalda 7%, naringidə isə təxminən 2% artıb".