Maradonanın ölüm səbəbi bu imiş


Dünya 26 Noy 2020 10:04:00 156 0

Maradonanın ölüm səbəbi bu imiş

Bu gün Argentina futbolunun əfsanəsi Dieqo Maradona ilə vida mərasimi keçiriləcək.

Son.az APA-ya istinadən bildirir ki, tədbir Kasa Rosada Prezident Sarayında baş tutacaq.

Mərasim Bakı vaxtı ilə saat 13:00-da başlayacaq. Maradona ilə vidalaşmaq istəyənlər axşam saatlarına qədər saraya üz tuta biləcəklər. Tədbirin cümə günü davam edib-etməyəcəyi hələlik bəlli deyil. Artıq çox sayda insan Prezident Sarayının qarşısındakı meydanda toplaşıb.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında ürəktutmasından vəfat edib.