Çində koronavirusla bağlı son vəziyyət açıqlandı


Dünya 26 Noy 2020 09:11:00 147 0

Çində koronavirusla bağlı son vəziyyət açıqlandı

Çində son sutka ərzində daha 21 nəfərdə koronavirus aşkarlanıb, ölən olmayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "worldometers.info"da məlumat verilib.

Bununla da ölkədə koronavirusa yoluxanların sayı 86 490-a çatıb, ölənlərin sayı əvvəlki kimi 4 634-dür. Ümumilikdə 81 550 xəstə sağalıb.

Ölkədə 306 aktiv koronavirus xəstəsi var ki, onlardan da 7-nin vəziyyəti ağır qiymətləndirilir.