Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ilin sonuna qədər uzadılır


Dünya 26 Noy 2020 07:25:00 145 0

Almaniyada koronavirusla bağlı məhdudiyyətlər ilin sonuna qədər uzadılır

Almaniyada əvvəlcə noyabr ayının sonuna qədər qüvvədə olan qismən karantin rejimi uzadılır və məhdudiyyətləri ləğv etmək hələ tezdir.

Son.az Trend-ə istinadən bildirir ki, bunu 16 federal əyalət başçıları ilə danışıqlardan sonra Almaniyanın kansleri Angela Merkel bildirib.

"28 oktyabrda qəbul edilən tədbirlərə dair qərar qüvvədə qalır. Hələlik 20 dekabr tarixinə qədər. Ancaq çox sayda infeksiya səbəbindən tədbirlərin yanvar ayının əvvəlinə qədər saxlanılması fikri ilə razıyıq", - kansler deyib.

Bildirilir ki, milad tətilləri üçün güzəştlər ehtimal edilir.