Dünyada koronavirusa yoluxanların sayı 527 mindən çox artıb
Dünya 26 Noy 2020 07:55:00 128 0
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 527 mindən çox artıb.
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Məlumata əsasən, ötən sutka ərzində 527 326 nəfər yeni koronavirusa yoluxub, 9 989 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 59 481 313, ölənlərin isə 1 404 542 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Mənbə: milli.az