Latviyanın Baş naziri ölkəsində COVID19la bağlı məhdudiyyətlərin gücləndirilməsinə çağırıb
Dünya 25 Noy 2020 22:40:00 124 0
Hər baxımdan ölkədə vəziyyət getdikcə daha da pisləşir. Xəstəxanalar həddindən artıq yüklənib, xəstələrin sayı artmaqdadır, bu da xəstəxanaların planlı əməliyyatları təxirə salmaqla işlərini yenidən qurmalarının lazım olduğunu göstərir.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ölkənin Baş naziri Krişyanis Karinş ölkəsində COVID-19 pandemiyasının yayılma sürətinin azaldılması məqsədilə tətbiq edilmiş məhdudiyyətlərin gücləndirilməsinin dair koalisiyanın iclasından sonra belə söyləyib.
Baş nazir Krişyanis Karinş koronavirusa yoluxma sayında artımın iqtisadiyyatın xeyrinə olmadığını da əlavə edib. O hesab edir ki, heç bir tədbir görülməzsə, bu acınacaqlı vəziyyət xəstəxanalardan başlayaraq bütün ölkəni bürüyəcək.
Mənbə: milli.az