"Equinor" "Qarabağ" və "ƏşrəfiDan ulduzuAypara" layihələrinin statusu barədə


Digərləri 25 Noy 2020 21:25:00 165 0

"Equinor" "Qarabağ" və "ƏşrəfiDan ulduzuAypara" layihələrinin statusu barədə

Norveçin "Equinor" şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) "Qarabağ" yatağının işlənməsi layihəsi üzərində işləyir.

Bu barədə Trend-ə "Equinor" şirkətindən bildiriblər.

Qeyd olunub ki, hazırda layihə ilə bağlı bəzi detallar müzakirə olunur.

"Əşrəfi-Dan ulduzu-Aypara" strukturuna gəldikdə isə şirkətdən bildiriblər ki, COVID-19 infeksiyası ilə əlaqədar "Aypara" strukturunda qazma işlərini təxirə salmaq qərara alınıb:

"Qazma işlərinin başlama müddətindən danışmaq tezdir. 2020-ci ildə bu sahədə fəaliyyət gözlənilmir, yeni müddət isə daha sonra açıqlanacaq".