Qarabağın turizm potensialı beynəlxalq sərgidə təqdim edilib


Digərləri 25 Noy 2020 21:20:00 134 0

Qarabağın turizm potensialı beynəlxalq sərgidə təqdim edilib

Azərbaycan Turizm Bürosu Dubayda keçirilən "Gulf Travel Show" sərgisində Qarabağın turizm potensialını təqdim edib.

Dövlət Turizm Agentliyindən Son.az-a verilən məlumata görə, COVID-19 pandemiyası səbəbilə virtual formatda təşkil olunan sərgiyə Yaxın Şərq, Afrika, Asiya, Avropa və Amerikadan olan 1000-dən çox iştirakçı qatılıb

Sərgi çərçivəsində ATB əməkdaşları 35-dən çox görüş keçiriblər.

Görüş iştirakçılarına işğalçılardan azad edilmiş Qarabağ bölgəsinin turizm potensialı haqda və müvafiq tədbirlərdən sonra bölgənin yeni turizm destinasiyaları sırasına daxil ediləcəyi barədə məlumat verilib. Onlar Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən şad olduqlarını qeyd edərək tezliklə regionu görmək arzusunda olduqlarını bildiriblər.

Xarici turoperatorlar Azərbaycana böyük maraq göstərdiklərini və səfərlərin təşkilinə davam etmək üçün sərhədlərin açılmasını gözlədiklərini diqqətə çatdırıblar.