"France24" kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb VİDEO FOTO


Digərləri 25 Noy 2020 21:00:00 166 0

"France24" kanalı Kəlbəcərin azad edilməsi haqqında reportaj yayımlayıb  VİDEO  FOTO

"France-24" kanalı Kəlbəcər rayonunun işğaldan azad edilməsi haqqında reportaj yayımlayıb.

Son.az Trend-ə istinadən bildirir ki, reportajda Kəlbəcərin rəsmi Bakı ilə əldə edilmiş razılaşmaya əsasən Ermənistanın Azərbaycana təhvil verməli olduğu üç rayondan ikincisi olduğu bildirilir. Altı həftəlik döyüşlərdən sonra Azərbaycanın öz mövqelərini möhkəmləndirdiyi vurğulanır.

Kanalın Azərbaycandakı çəkiliş heyəti Azərbaycan Ordusunun ermənilərin işğalı altında olmuş Kəlbəcər rayonuna girməsi ilə bağlı məlumat verir. Qeyd edilir ki, 27 ildən sonra ilk dəfədir Azərbaycan Ordusu rayona daxil olur və bu, əldə edilmiş razılaşmaya uyğun olaraq həyata keçirilir.

Reportajda Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlının fikirlərinə də yer verilib. O bildirir ki, bu gün bütün Azərbaycan xalqı, Azərbaycan Ordusu üçün sevindirici gündür. Düşmən qüvvələrinin Kəlbəcərdən çıxarılması üçtərəfli Bəyanata əsasən həyata keçirilir.

Kəlbəcər sakini Aslan Kərimoğlu deyir: "Kəlbəcərdə keçirdiyim günləri heç vaxt unuda bilmərəm. Bu gün mənim həyatımda ən xoşbəxt gündür. Çünki mən 43 il yaşadığım torpağa yenidən qayıtmaq ümidindəyəm. Ümid edirəm ki, tezliklə oraya qayıdacağıq".