BƏƏ 13 ölkəyə viza verməyi dayandırdı


Dünya 25 Noy 2020 20:37:00 121 0

BƏƏ 13 ölkəyə viza verməyi dayandırdı

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 13 ölkənin vətəndaşlarına viza verməyi dayandırıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.

Qeyd olunub ki, qərar Türkiyə, İran, İraq, Pakistan, Suriya və başqa ölkələrə şamil edilib.

BƏƏ Federal Kimlik və Vətəndaşlıq Komitəsi Əfqanıstan, Pakistan və digər bəzi ölkələrin vətəndaşlarına qarşı təhlükəsizlik mövzusunda həssas olduqlarını, bu səbəbdən viza verilməsini müvəqqəti olaraq dayandırdıqlarını bildirib.