Səfər Mehdiyev İtaliyanın Azərbaycandakı səfiri ilə görüşüb FOTO
Digərləri 25 Noy 2020 18:22:00 59 0
Noyabrın 25-də Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari ilə görüşüb.
Bu xəbəri də oxu: Enlibaş(qolavl) balığının faydaları
Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, Komitənin sədri Səfər Mehdiyev İtaliya ilə Azərbaycan arasındakı dostluq və tərəfdaşlıq münasibətlərindən danışıb və bildirib ki, digər sahələrdə olduğu kimi gömrük sahəsində də qarşılıqlı səmərəli əməkdaşlıq inkişaf etməkdədir.
Səfər Mehdiyev Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təcavüzü və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əks-həmlə tədbirlərindən danışıb, 30 ilə yaxındır işğal altında olan ərazilərimizin azad edilməsinin regionda sülhün və sabitliyin bərpa olunmasına mühüm töhfə verəcəyini diqqətə çatdırıb. Bugünkü görüşün xoş bir günə, Kəlbəcər rayonunun işğaldan azad edilməsi gününə təsadüf etdiyini bildirən DGK sədri qeyd edib ki, Azərbaycan əsgərinin rəşadəti, əzmi sayəsində əldə edilən qələbə regionun iqtisadi baxımdan tərəqqisinə müsbət təsir göstərəcək, yeni kommunikasiya və nəqliyyat xətlərinin qurulmasına şərait yaradacaq, bu da beynəlxalq ticarətin inkişafına verilən töhfə kimi dəyərləndirilməlidir.
Komitə sədri İtaliya Respublikasının Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biri olduğunu, qarşılıqlı iqtisadi əlaqələrin inkişafı üçün bundan sonra da zəruri addımların atılacağını, gömrük orqanlarının da bu sahədə üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəklərinə əminliyini ifadə edib. Səfər Mehdiyev iki ölkənin gömrük orqanlarının birgə həyata keçirdiyi layihələrdən və onların gələcək perspektivlərindən bəhs edib.
İtaliya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Auqusto Massari Kəlbəcər rayonunun işğaldan azad olunması, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, bölgədə sülhün bərqərar olmasından sevinc hissi duyduğunu bildirərək bu münasibətlə təbriklərini çatdırıb. Səfir ölkəmizdə fəaliyyət göstərən diplomatik korpusların nümayəndələri ilə birlikdə Gəncə, Bərdə, Tərtər və Füzuliyə səfərlərindən danışıb, gördüyü mənzərədən, törədilən dağıntılardan təsirləndiyini bildirib.
Səfir iki ölkə arasında müxtəlif sahələrdəki səmərəli və işgüzar münasibətlərin gömrük orqanları tərəfindən də uğurla davam etdiriləcəyini qeyd edib, qarşılıqlı əlaqələrin daha da gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Görüşdə, eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baş Dövlət Yol Polisi İdarəsi (DYP) nəqliyyat vasitələrinin texniki bax

Türkiyə noyabrın 24-də açıqlanan COVID-19 xəstələrinin sayına görə d

Tərtər rayonunda məcburi köçkünlərin məskunlaşdığı Şıxarx qəsəb

İtaliyada koronavirusdan ölənlərin sayında rekord artım müşahidə olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Qələbəmizin qəhrəmanları

İspaniya hökuməti yeni növ koronavirusa qarşı peyvəndin istifadəsinə ya

Məşhur rusiyalı aktyor Aleksandr Şirvindt koronavirus diaqnozu ilə xəstəx

10 noyabr sənədlərinə əsasən güllə atılmadan ərazilərimizin işğalda

2020-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2,292

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha altı hava l

İngiltərədə tətbiq edilən sərt karantin rejimi və vaksinlərin vurulmas

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus infe
