Çayda batan şəxsin meyiti tapıldı


Digərləri 25 Noy 2020 18:00:00 153 0

Çayda batan şəxsin meyiti tapıldı

Astarada çayda batan 54 yaşlı şəxsin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, 22.11.2020-ci il tarixində Pensər çayının Astara rayonu, Şiyəkəran kəndi ərazisindən keçən hissəsində 1966-cı il təvəllüdlü Qulamov İsmayıl Şıxı oğlunun axtarışları başa çatıb.

İ.Qulamovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılıb və aidiyyəti üzrə təhvil verilib.