Britaniyada daha 608 nəfər koronavirusdan öldü


Dünya 25 Noy 2020 18:06:00 157 0

Britaniyada daha 608 nəfər koronavirusdan öldü

Böyük Britaniyada koronavirusa yoluxma hallarında artım davam edir.

Belə ki, ötən gün 15 min 450 nəfər virusa yoluxub, 608 nəfər isə həyatını itirib. Krallığın şimal-qərb hissəsində virusa yoluxma hallarında artım müşahidə olunub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, ümumilikdə ölkədə 1 milyon 527 min 495 nəfər virusa yoluxub, 55 min 230 min nəfər isə həyatını itirib. Bu göstəricilərə əsasən, Böyük Britaniya koronavirusa yoluxma və ölüm sayına görə Avropada birincidir.

Qeyd edək ki, Böyük Britaniyada noyabrın 5-dən etibarən gücləndirilmiş karantin rejimi tətbiq olunur.