Naxçıvanın statistik göstəriciləri açıqlandı


Digərləri 25 Noy 2020 17:38:00 140 0

Naxçıvanın statistik göstəriciləri açıqlandı

2020-ci ilin yanvar-oktyabr aylarında Naxçıvan Muxtar Respublikasında 2,292 milyard manatlıq ümumi daxili məhsul istehsal olunub ki, bu da 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çoxdur.

Son.az xəbər verir ki, Trend bu barədə Naxçıvan MR Statistika Komitəsinin hesabatına istinadən məlumat verir.

Hesabata əsasən, həmin dövrdə adambaşına düşən ümumi daxili məhsulun həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 1,9 faiz artaraq 4978,2 manat təşkil edib.

Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-oktyabr aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 859,2 milyon manata yaxın vəsait yönəldilib, bu da ötənilki göstəricidən 1 faiz çoxdur. Əsas kapitala yönəldilmiş vəsaitin 810,75 milyon manatı və ya 94,4 faizi tikinti-quraşdırma işlərinin payına düşüb.

2020-ci ilin yanvar-oktyabr aylarında 431,4 milyon manat həcmində kənd təsərrüfatı məhsulları istehsal olunub, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz çoxdur.

Hesabat dövründə Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 47,3 min manat olub və 2019-cu ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 4,4 faiz artıb. Bu dövr ərzində mobil rabitə xidmətinin dəyəri təxminən 37,6 milyon manat təşkil edib və bir il öncəyə nisbətdə 1,5 faiz artıb.