Füzulidə iki avtomobil toqquşdu:


Digərləri 25 Noy 2020 16:15:00 123 0

Füzulidə iki avtomobil toqquşdu:

Füzuli rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, noyabrın 24-də saat 21 radələrində rayonun Əhmədbəyli kəndi ərazisində kənd sakini S.Əsgərovun idarə etdiyi "QAZel" və Horadiz şəhər sakini Elmir Ağayevin idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub. Nəticədə E.Ağayev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Füzuli RPŞ tərəfindən araşdırma aparılır.