Gəncədə Kəlbəcər sevinci FOTO


Digərləri 25 Noy 2020 15:47:00 171 0

Gəncədə Kəlbəcər sevinci  FOTO

Kəlbəcər rayonu 27 ildən sonra işğaldan azad olunub.

Son.az APA-ya istinadən bildirir ki, Gəncədə məcburi köçkünlər üçün salınmış şəhərcikdə yaşayan kəlbəcərlilər Mədəniyyət evinin qarşısına toplaşaraq, rayonun işğaldan azad olunmasını təntənəli şəkildə qeyd ediblər. Tədbirdə rayon ictimaiyyətin nümayəndələri iştirak edib.

Bildirilib ki, hər bi Azərbaycan vətəndaşı kimi, Gəncədə məskunlaşmış 5 minə yaxın kəlbəcərli də bu günü böyük səbirsizliklə gözləyib. İndi isə kəlbəcərlilər doğma yurd-yuvalarına qayıtmaq üçün günləri sayır, soyumuş ocaqlarını yenidən isitmək üçün hazırlıqlar görürlər.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri Kəlbəcər rayonunu 1993-cü il aprelin 2-də işğal edib. İşğal nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb. Hazırda Kəlbəcərin 71 mindən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.