Birinci vitseprezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib FOTO


Siyasət 25 Noy 2020 13:35:00 123 0

Birinci vitseprezident Mehriban Əliyeva Kəlbəcərin işğaldan azad olunması münasibətilə xalqımızı təbrik edib  FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə paylaşım edilib

Son.az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:

"Hörmətli həmvətənlər!

Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!"