Ermənistanda daha 2 nazir müavini istefa verdi


Dünya 25 Noy 2020 13:08:00 124 0

Ermənistanda daha 2 nazir müavini istefa verdi

Ermənistanda istefa dalğası davam edir.

Son.az Trend-ə istinadən bildirir ki, ədliyyə nazirinin müavini Rafik Qriqoryan və iqtisadiyyat nazirinin müavini Naira Marqaryan vəzifədən azad edilib.

Bu barədə baş nazir Nikol Paşinyan müvafiq sərəncam imzalayıb.

Qeyd edək ki, bugünədək Ermənistanda 12 nazirdən 6-sı, eləcə də bir neçə nazir müavini istefa verib.