Koronavirusa daha çox bu səbəbdən yoluxurlar


Digərləri 25 Noy 2020 12:40:00 130 0

Koronavirusa daha çox bu səbəbdən yoluxurlar

COVİD-ə yoluxmaqdan ən çox qorunanlar daha çox qorxan insanlardır. Xəstəlikdən uzaq durmaq üçün müxtəlif vasitələrdən istifadə edirlər.

Bunu Son.az-a açıqlamasında həkim-nevroloq Turan Musayeva deyib.

Nevroloq bildirib ki, xəstəlikdə qorxmaq lazım deyil:

"Yoluxmaqdan qorunmaq, müəyyən qaydalara riayət etmək yaxşı bir şeydir, amma həddindən artıq qorxmaq, stress keçirmək, immun sistemini zəiflətmək bir tərəfdən də bizim xəstəliyə yoluxmamız üçün bir yol açır. Orqanizmimiz, immun sistemimiz çökdüyü zaman istənilən ən zəif mikroorqanizm belə bizim bədənimizdə inkişaf edə bilir. Qorxan, daha çox qorunmağa çalışan insanlara demək istərdim ki, qorunaq, amma güclü olaq, xəstəlikdən qorxmayaq". 

Psixoloq Sevinc Həsənova isə açıqlamasında COVİD qorxusunun yarada biləcəyi fəsadları açıqlayıb:

"Qorxu özü bir stress yaradır, stress də gərginlikdir. Hansı ki, insan beynində tormuzlanma yaradır. O zaman insan həyəcan, təşviş keçirtdiyi anlarda hətta bəzi bildiyi qaydaları belə poza da bilər. Çünki o anda, sadəcə olaraq, beyin bildiklərini unutmuş olur. Stress zamanı insan o gərginlikdən qaydalara riayət etməkdən uzaqlaşmağa başlayır.

Sözsüz ki, qorunmalıyıq, amma o qorxudan yaranan immunitetin zəifliyinə, ruh düşkünlüyünə gətirib çıxarmamalıyıq. Çünki istər-istəməz insanda sonradan depressiv əlamətlər yaranmağa başlayır. özünü təcrid etdikcə qorxu yaranır ki, hamıdan uzaq durum, hamıdan uzaqlaşdım. Ünsiyyətin kasadlığına səbəb olan bu hallar belə insanın immunitetinə təsir edir. Yəni, insan qorxsa da belə bunun balansını mütləq sürətdə saxlamağı bacarmalıdır. Bəli, əllərin gigiyenasına diqqət edilməlidir, spirtdən istifadə edilməlidir, amma bunu aşırı edən zaman insanın psixikasına təsir edir və psixikada müxtəlif psixoloji pozuntular yaranmağa başlayır".

Təhməz Əsədov Son.az