Qarabağda əldə olunan razılaşma hazırkı mərhələdə icra olunur


Siyasət 25 Noy 2020 11:40:00 124 0

Qarabağda əldə olunan razılaşma hazırkı mərhələdə icra olunur

Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli bəyanatı ilə əldə olunmuş Qarabağda döyüş əməliyyatlarının tam dayandırılması barədə razılaşmaya əməl olunur.

Son.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Conatan Hoffman deyib.

O bildirib ki, ABŞ bu razılaşmanı və tərəflərin razılaşmaya əməl etməsini alqışlayır:

"Deyə bilərəm ki, Azərbaycanla Ermənistan arasındakı razılaşma hazırkı mərhələdə tam icra olunur".