Bayden administrasiya heyətinin bir qismini açıqladı


Dünya 25 Noy 2020 12:23:00 118 0

Bayden administrasiya heyətinin bir qismini açıqladı

Üç noyabrda ABŞ-da keçirilən prezident seçkilərində qalib olan Co Bayden administrasiya heyətini açıqlayıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, Evril Heyns Milli Təhlükəsizlik Mərkəzinin (CİA) rəhbəri, Aleksandr Mayorkas Amerika Daxili Təhlükəsizlik Mərkəzinin (DHS) rəhbəri, Ceyk Sallivan Milli təhlükəsizlik məsləhətçisi, Barak Obamanın dövründə xarici işlər naziri olmuş Con Kerri ətraf mühit nümayəndəsi, Entoni Blinken isə Dövlət katibi olacaq.

Bu barədə yeni prezident keçirdiyi mətbuat konfransında qeyd edib. O, həmçinin bildirib ki, Mayorkas bu vəzifədə olacaq ilk miqrantdır və Latın Amerikasındandır.