Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur


Siyasət 25 Noy 2020 12:10:00 106 0

Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur

Türkiyə Milli Müdafiə Nazirliyi Kəlbəcər rayonun işğaldan azad edilməsi münasibəti ilə "Twitter" səhifəsində paylaşım edib.

Son.az Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:

"Qəhrəman Azərbaycan ordusu Qarabağda qazandığı böyük zəfərdən sonra əldə edilən razılaşma əsasında Ağdamdan sonra Kəlbəcərə daxil olub. Kəlbəcər 27 il sonra həqiqi sahiblərinə qovuşur. Şanlı Ay-ulduzumuz indi də azan səsləri ilə birlikdə Kəlbəcərdə dalğalanacaq".