900dən çox Azərbaycan toponimi erməniləşdirilib


Digərləri 25 Noy 2020 10:56:00 126 0

900dən çox Azərbaycan toponimi erməniləşdirilib

Ermənilər Ermənistanda və işğal altında saxladıqları Qarabağda 900-dən çox Azərbaycan toponimini saxta yolla erməniləşdiriblər.

Son.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Dilçilik İnstitutunun direktoru, Coğrafi Adlar Komissiyasının sədr müavini akademik Möhsün Nağısoylu Trend-ə bildirib ki, erməniləşdirilən toponimlərin siyahısı artıq hazırlanıb:

"Həm Qarabağda, həm də Ermənistanda çox sayda toponimlər erməniləşdirilib. Bu siyahıda Qarabağ üzrə erməniləşdirilən toponimlərin sayı 210-dan çox, Ermənistan üzrə 700-dən çoxdur. Bu siyahı artıq Dilçilik, Tarix və Coğrafiya institutları tərəfindən hazırlanaraq AMEA rəhbərliyinə təqdim edilib".