Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb


Digərləri 25 Noy 2020 10:01:00 143 0

Türkiyədən Azərbaycana hazır geyim ixracı artıb

2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,01 faiz artaraq 38,902 milyon dollar təşkil edib.

Son.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Oktyabr ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2019-cu ilin oktyabrı ilə müqayisədə 34,57 faiz artıb və 5,756 milyon dollara bərabər olub.

2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz azalaraq 13,976 milyard dollar təşkil edib.

Hesabat dövründə hazır geyim ixracı Türkiyənin ümumi ixracının 10,3 faizini təşkil edib.