Bakıda Uşaq Musiqi Məktəbinin direktoru yarım milyon manatlıq


Kriminal 25 Noy 2020 10:23:00 185 0

Bakıda Uşaq Musiqi Məktəbinin direktoru yarım milyon manatlıq

Bakı şəhəri Hüseynqulu Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Мehriban Əsgər qızı Rüstəmova barəsində cinayət işi başlanılıb.

Son.az APA-ya istinadən bildirir ki, M. Rüstəmova dövlət əmlakını xüsusilə külli miqdarda mənimsəmədə təqsirləndirilir.

İş üzrə zərərçəkən şəxs qismində Mədəniyyət Nazirliyi tanınıb.

Dəymiş zərər yarım milyon manatdan çoxdur.

M. Rüstəmova barəsində Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham verilib.