İsveçrədə mağazada iki nəfərə bıçaqla hücum hadisəsi araşdırılır


Dünya 25 Noy 2020 08:26:00 123 0

İsveçrədə mağazada iki nəfərə bıçaqla hücum hadisəsi araşdırılır

İsveçrə prokurorluğu Luqano şəhərində yerləşən mağazasında iki qadına bıçaqlar hücum edən qadına qarşı cinayət istintaqı başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Federal polis idarəsi öz "Twitter" səhifəsində bildirib.

Qeyd edilib ki, terror aktı törədilməsi versiyasi araşdırılır:

"24 noyabrda Luqanodaki mağazada terror hücumu edildiyi ehtimal edilir. Federal prokurorluq cinayət işi açıb".

"20 Dəqiqə" məlumat portalının verdiyi məlumata görə, hadisə yerli vaxtla təxminən saat 14:00-da ölkənin Luqano şəhərində (Tiçino kantonu) yerləşəm böyük mağazalarından birində baş verib.