Yaponiyanın daha bir prefekturasında quş qripi xəstəliyi aşkarlandı


Dünya 25 Noy 2020 08:19:00 133 0

Yaponiyanın daha bir prefekturasında quş qripi xəstəliyi aşkarlandı

Yaponiya hakimiyyəti ölkənin cənub-qərbində yerləşən daha bir prefekturasında quş qripi xəstəliyini aşkar edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Kyodo agentliyi bildirib.

Xəstəliyin ocağı Fukuoka prefekturasının Munakata şəhərindək yerləşən quşçuluq təsərrüfatında olduğu qeyd edildi

Sanitariya tədbirləri çərçivəsində prefekturanın rəhbərliyi orada təxminən 93,5 min toyuq kəsmək niyyətindədir.