COVID19: Fransada su samuru fermasında koronavirus aşkarlanıb


Dünya 25 Noy 2020 04:30:00 136 0

COVID19: Fransada su samuru fermasında koronavirus aşkarlanıb

Fransada fəaliyyət göstərən 4 su samuru fermasından birində Ör-və-Luar (Eure-et-Loir) fermasında Sars-CoV-2 virusu yayılıb. Digər fermalarda da analizlər aparılır.

Su samuru insanı yenidən yoluxdura və hazırlanan peyvəndləri təsirsiz edə bilər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Fransanın Kənd Təsərrüfatı Nazirliyi həmin fermada 1000 su samurunun məhv edildiyini bildirib.

Su samurunun COVID-19 infeksiyasına yoluxması Danimarka, Niderland və İsveçdə daha çox müşahidə olunub. Fransada noyabrın ortalarından aparılan analizlərin nəticəsində Ör-və -Luar fermasında virusun dolaşdığı aşkarlanıb.