Kəlbəcər rayonu bu gün Azərbaycana təhvil verilir
Siyasət 25 Noy 2020 00:02:00 62 0
Bu gün Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin işğalından azad edilir.
Bu xəbəri də oxu: "Bu məsələ Azərbaycanın maraqlarına uyğun deyil"
Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 10-da imzaladığı üçtərəfli bəyannaməyə əsasən, erməni silahlı birləşmələri noyabrın 25-i Kəlbəcər rayonundan çıxarılmalıdır.
Kəlbəcər 1993-cü ilin aprel ayının 3-də Ermənistan ordusu tərəfindən işğal olunub.
1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 sutkadan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki vermiş və mühasirədə olan 60 min kəlbəcərlinin təxliyəsinə nail olmuşlar.
Kəlbəcərin işğalından sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunsa da, qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib.
Kəlbəcər rayonunun əhalisi Azərbaycan Respublikasının 56 rayon və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər rayonu ərazisində qalmış 13.000-dək fərdi mənzil, 37.852 ha meşə sahəsi indi də talan olunub. BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılıb.
1993-cü ilin qiymətləndirməsinə görə Kəlbəcərin xalq təsərrüfatına 703 milyard 528 milyon rubl ziyan vurulub. İşğal nəticəsində Kəlbəcərdən 53.340 nəfər qovulub, 50 dinc əhali öldürülüb, 20 nəfər isə əsir götürülüb və itkin düşüb.
2020-ci ilin məlumatına görə, Kəlbəcərin əhalisi 77 min 003 nəfərdir. Əhalisinin sıxlığı (nəfər / 1 km²) 39,66 nəfər, şəhər əhalisi 11 min 766 nəfər, kənd əhalisi 65 min 237 nəfərdir.
Kəlbəcər əhalisinin 38 min 396 nəfərini kişilər, 38 min 607 nəfərini isə qadınlar təşkil edir. Rayonun ərazisi 3054 kv kilometrdir. Rayonun Qarabağ müharibəsi əlillərinin sayı 75 nəfərdir. Rayonun 488 şəhid ailəsi var. Hazırda 66 min 985 nəfər Kəlbəcər sakini köçkünlük həyatı yaşayır.
77,003 min nəfər əhalinin 13,6 faizi Bakı şəhərində, 21,7 faizi Gəncə şəhərində, 5 faizi Yevlax rayonunda, 5,4 faizi Abşeron rayonunda, 9,1 faizi Bərdə rayonunda, 12 faizi Goranboy rayonunda, 7,7 faizi Göygöl rayonunda, 5,4 faizi Tərtər rayonunda, 20 faizi isə digər 46 şəhər və rayonda müvəqqəti məskunlaşıb.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

İlk tibbi yardım hər hansı bir qəza və ya sağlamlıq üçün təhlükəli

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Federasiyasının Prezi

Azərbaycan Memarlar İttifaqının üzvləri dünya mədəni irs təşkilatlar

Dırnağın ətə batması əksər inlğsanlarda meydana gələn və hərəkətl

Əgər sizin saçlarınız zəif görsənirsə, tökülürsə və parlaqlığın

Azərbaycanın Kəlbəcər bölgəsini tərk edən ermənilərin "yandırı

Böyük Britaniyada Amazon vasitəsilə Playstation 5 konsolu sifariş edən oyu

"Microsoft Teams" xidmətinin rəhbərliyi "Zoom" istifadə

Papillomalara hər yaş dövründə rast gəlmək olur. Olardan kosmetik salonla

İnsanların əksəriyyəti suyun kirli olduğunu düşünərək onu qaynadıb i

Dişlərdə kariesin əmələ gəlmə səbəbləri barədə bir çox tibbi məlu

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 161

Xalq təbabət ilə dəridki qırışlardan qurtarmağın yolları. Müasir gü
