Kəlbəcəri tərk edən ermənilərin "yanmış torpaq" strategiyası AKnın diqqətindən yayınmadı
Siyasət 24 Noy 2020 23:22:00 93 0
Azərbaycanın Kəlbəcər bölgəsini tərk edən ermənilərin "yandırılmış torpaq" strategiyası Avropa Komissiyasının (AK) diqqətindən yayınmadı.
Bu xəbəri də oxu: ""Dostluq” memorandumu Azərbaycanla Türkmənistan arasında yeni perspektivlər açır"
Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Europe Diplomatic" onlayn jurnalında dərc olunan məqalədə deyilir.
Məqalədə Avropa Komissiyası mətbuat-katibinin sitatı da yer alıb: "Dağlıq Qarabağ və ətraf bölgələrdə vəziyyətlə bağlı tərəflərdən gələn müxtəlif məlumatları və müxtəlif şikayətləri nəzərə alırıq. Əraziyə birbaşa giriş olmadığı üçün bu açıqlamaları təsdiqləmək çox çətindir və bu səbəbdən də bu ərazilərdəki vəziyyətlə əlaqəli konkret ittihamlara cavab verə bilməyəcəyəm. Lakin vacib olan atəşkəsə riayət etməkdir, buna tam riayət edilməlidir".
Məqalədə, həmçinin Azərbaycanın Kəlbəcər rayonunu tərk edən ermənilərin istifadə etdikləri "yandırılmış torpaq" strategiyası ilə bağlı mediada yer alan xəbərlərin ekoloqların böyük narahatlığına səbəb olduğu, meşələrin yandırılması və dağların bənzərsiz flora və faunasının qəsdən məhv edilməsi nəticəsində meydana gələn fəlakətə işarə etdiyi deyilir.
Məqalədə "yandırılmış torpaq" strategiyasının Kəlbəcər rayonunu tərk edən ermənilər tərəfindən istifadə edildiyi izah edilir:
"Onları evləri, bağları, meşələri yandırırdılar və sanitariya problemlərinə səbəb ola biləcək kütləvi şəkildə heyvan kəsiblər".
Qeyd edilib ki, "yandırılmış torpaq" strategiyası 1977 il Cenevrə Konvensiyalarına əsasən hərbi cinayət hesab olunur:
"Düşmənin potensial olaraq istifadə edə biləcəyi hər hansı bir şeyin məhv edilməsinə dair bu barbar strategiya beynəlxalq hüquq tərəfindən qınanır və hərbi cinayətkarlarla bağlı prosedurlar Beynəlxalq Haaqa Məhkəməsinin səlahiyyətindədir".
Böyük Britaniyada Amazon vasitəsilə Playstation 5 konsolu sifariş edən oyu

"Microsoft Teams" xidmətinin rəhbərliyi "Zoom" istifadə

Papillomalara hər yaş dövründə rast gəlmək olur. Olardan kosmetik salonla

İnsanların əksəriyyəti suyun kirli olduğunu düşünərək onu qaynadıb i

Dişlərdə kariesin əmələ gəlmə səbəbləri barədə bir çox tibbi məlu

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 161

Xalq təbabət ilə dəridki qırışlardan qurtarmağın yolları. Müasir gü

Çin dünyanın ən böyük azad ticarət razılaşmasını imzalayıb.

Yaxın günlərdə təqdim ediləcəyi gözlənilən Oppo Reno5 seriyası ilə b

Süni intellekt və neyroşəbəkələr əsasında işləyən kompüter alqoritm

Ermənistanda 27 sentyabrda Dağlıq Qarabağda başlayan döyüş əməliyyatla

Yaşıl və qara reyhan təbiətin insanlara bəxş etdiyi antibiotiklərdən bi

Ginekologiya qadın xəstəliklərindən bəhs edən elmdir. Ginekologiya müst

"Qardaş Azərbaycanın işğal altındakı torpaqlarının 30 il sonra aza

Xolesterin orqanizmdə sağlam hüceyrə toxumasının əmələ gəlməsi üçü
