Kleopatranın gözəllik sirri


Digərləri 24 Noy 2020 22:30:00 145 0

Kleopatranın gözəllik sirri

Xalq təbabət ilə dəridki qırışlardan qurtarmağın yolları. Müasir günümüzdə insanların ən önəm verdiyi şey gözəl dəriyə sahib olmaqdır. Gözəl və sağlam dəriyə malik olmaq hər adama nəsib olmasa da, bunu qədim tibbi vasitələrlə əldə etmək mümkündür. Dəri gözəlliyindən söz saldıqda isə ilk növbədə insanın ağlına üz dərisindəki qırışlardan xillas olmaq gəlir.Mağazalarda cürbəcür qırışlar əlryhinə kremlərin satılmasına baxmayaraq onların hamısı keyfiyyətli olmur və əksəryyəti kimyəvi vasitələrlə hazırlanmış olur.

Sizlərə təbii vasitələrlə hazırlanan və qırışlar əleyhinə təsir göstərən resept yazmaq istəyirəm. Bu reseptdən qədim zamanlarda da istifadə edilib.

Xalq təbabəti vasitələri ilə üzdəki qırışlardan azad olmaq həm ucuz başa gəlir, həm də keyfiyyətli olur. 1. Ballı maska Maska aşağıdakılardan hazırlanır:   süd bal aloe Yuxarıda yazılanların hərəsindən eyni miqdarda götürülüb qarışdırılır və üzlə boyun dərisinə sürtülür. Maska dəridə 20-25 dəqiqə saxlanılır və ilıq su ilə yuyulur. Maskanı üzə sürtən zaman dodaqların əyrafı və gözlərin yan hissəsi 1-2 dəqiqə yüngül massaj edilir.

Bu maska dəridə olan xırda qırışları asanlıqla açır və dərini qidalandırır. 2. Göz ətrafları üçün maska Üzdə əmələ gələn mimik qırışları aradan qaldırmaq üçün aşağıdakı maskadan istifadə etmək lazımdır. yulaf unu yumurta sarısı bitki yağı Eyni miqdarda götürülüb qarışdırılır və üzə qırışlar olan nahiyələrə sürtülür. Maska 20-25 dəqiqədən sonra ilıq su ilə yuyulur. Maskaları üzə qoyarkən davamlı olaraq qoymaqlazımdır .Ən azı 10-12 dəfə ardıcıl olaraq maska qoyduqda istənilən effekti almaq mümkündür.