Valideynlərin ən bəyəndikləri Netflix nəzarət funksiyaları


Digərləri 24 Noy 2020 21:15:00 170 0

Valideynlərin ən bəyəndikləri Netflix nəzarət funksiyaları

Aparılan sorğu nəticəsində məlum olub ki, Neftix istifadəçisi olan hər 100 ailədən 98-i valideyn nəzarəti funksiyasını faydalı hesab edir.

Son.az ted.az-a istinadən bildirir ki, Neftlix-in FutureBright tədqiqat şirkəti vasitəsilə həyata keçirdiyi sorğu valideynlərin platformanın təklif etdiyi etibarlı əyləncə təcrübəsindən məmnun olduqlarını göstərib.

Valideynlərin ən bəyəndiyi funksiya isə Neftlix hesablarında "uşaq profili" yaratmaq imkanının olmasıdır. Təxminən hər 10 ailədən 4-nün sevimlisi olan bu seçim uşaqların yalnız onlara uyğun əyləncəli, öyrədici kontentdən istifadələrini təmin edir.

İkinci ən bəyənilən funksiya isə yeniyetmələr üçün nəzərdə tutulan yeniyetmə təyin etmə funksiyasıdır. Təxminən hər 10 ailədən 3-nün sevimlisi olan bu funksiya valideynlərə uşaqları üçün yaratdıqları profildə hansı yaş qrupuna uyğun kontentlərin göstəriləcəyini müəyyənləşdrimə imkanı verir. Ailələrin sevimli funksiyaları içərisində 3-cü yerdə kontent məhdudiyyəti yer alır. Bu seçim valideynlərə hansısa səbəbdən uşaqlarının profilində görünməsini istəmədikləri məhsulları gizlətmək imkanı verir.

Siyahının 4-cü sırasında valideynlərin 12 faizinin sevimlisi olan profilə şifrə qoyma funksiyası yer alır. Ata-analara öz hesablarını pin kodla qıfıllama imkanı verən funksiya uşaqlara valideynlərin profilinə baxmağına mane olur. Neftlix istifadəçisi olan valideynlər hesab sazlamalarına daxil olaraq ailələri üçün uyğun nəzarət imkanlarını bir neçə saniyə içində təyin edirlər.

Paylaş