Redmi Note 9 seriyasının təqdimat tarixi bilindi


Digərləri 24 Noy 2020 21:20:00 139 0

Redmi Note 9 seriyasının təqdimat tarixi bilindi

Xiaomi şirkəti Redmi Note 9 seriyasının təqdimat tarixini açıqlayıb.

Son.az ted.az-a istinadən bildirir ki, noyabrın 26-da təqdim ediləcək seriyada Note 9 Pro və Note 9T smartfonları olacaq.

İddiaya görə, seriyada yer alan Note 9 Pro telefonu, xüsusən diqqət çəkəcək.

Belə ki, smartfonda 6,67 düymlük, 1080×2400 parlaqlığa malik, 120 Hz yenilmə gücündə ekran yer alacaq. Snapdragon 750G prosessorundan güc alacaq model 8 GB əməli, 64/128/256 GB daxili yaddaşa sahib olacaq.

108 MP əsas, 8 MP 120 dərəcəlik ultrageniş obyektiv, 2 MP dərinlik, 2 MP makrosensoru quraşdırılacaq. Ön kamera isə 16 MP gücündə olacaq.