Feysbuk türk proqramçını məhkəməyə verdi


Digərləri 24 Noy 2020 20:20:00 133 0

Feysbuk türk proqramçını məhkəməyə verdi

Feysbuk şirkəti türk proqramçını məhkəməyə verib.

Son.az ted.az-a istinadən bildirir ki, bu barədə şirkətin rəsmi bloqunda yayımlanan xəbərdə bildirilib.

Qeyd olunub ki, ABŞ-da Ensar Şahintürk əleyhinə klon saytlardan ibarət şəbəkə qurmaq məqsədilə Instagram-dan pablik məlumatları oğurlamaqda günahlandırılır.

İstanbulda yaşayan E.Şahintürk Instagram klonu ümumilikdə 20 fərqli saytla 100 mindən çox istifadəçinin məlumatlarını toplayıb.

Xəbərdarlıqların kifayət etmədiyi qənaətinə gələn Feysbuk rəsmiləri məhkəməyə müraciət ediblər.

Instagram-ın kopyası olan tətbiq vasitəsilə öz reklamlarını istifadəçilərə izlətdirən proqramçının minlərlə dollar qazandığı deyilir.