Gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək


Siyasət 24 Noy 2020 19:05:00 75 0

Gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək

Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədə işin əlaqələndirilməsi məqsədi ilə yaradılmış, bir sıra dövlət qurumlarının təmsil olunduğu Komissiyanın iclasında 2020-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik və 2021-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər müzakirə olunub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Son.az-a verilən məlumata görə, Komissiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin ölkənin əmək bazarında da müsbət meyillərin davamlı xarakter almasına, məşğulluq imkanlarının artmasına şərait yaratdığını vurğulayıb. O, dayanıqlı inkişaf proseslərinin mövcud olduğu ölkəmizin xarici əməkçi miqrantlar üçün cəlbedici olduğunu deyib.

Nazir bildirib ki, Azərbaycanda miqrasiya siyasətinin vacib prinsipləri ölkənin sosial-iqtisadi maraqlarının qorunması, eyni zamanda miqrantların, o cümlədən də əməkçi miqrantların həyatı və fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasıdır. Əcnəbi işçilərə iş icazələrinin verilməsi üçün hər il əmək miqrasiyası kvotası təsdiq edilir. Kvotanın müəyyən olunması üçün təkliflər hazırlanarkən respublikadakı demoqrafik inkişaf, əmək bazarında mövcud vəziyyət, ölkənin əmək ehtiyatları və işəgötürənlərin işçi qüvvəsinə tələbləri ciddi şəkildə nəzərə alınır. Daxili əmək bazarının qorunması, yerli əmək ehtiyatlarından səmərəli istifadənin təmin olunması, mövcud vakansiyaların ilk növbədə yerli işçi qüvvəsinin məşğulluğu üçün istifadə edilməsi prinsipləri diqqətdə saxlanır.

S.Babayev qeyd edib ki, 2021-ci ilin əmək kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması məqsədilə müvafiq təhlillər artıq aparılıb. Bu təhlillərə əsasən, Azərbaycanda ixtisaslı kadrların sayının ilbəil artdığı nəzərə alınmaqla qeyd etmək olar ki, gələn il də ölkəmizdə işçi qüvvəsinə olan əsas tələbat yerli əmək ehtiyatları hesabına ödəniləcək. Eyni zamanda, təkliflərin hazırlanması zamanı əmək bazarının hansı sahələrində əcnəbi işçi qüvvəsinə tələbatın olduğu da nəzərə alınıb. Yalnız hansı sahələrdə ki, xarici işçi qüvvəsinə ehtiyac yaranır, kvota da o sahələri əhatə edir.

İclasda 2020-ci il üçün təsdiq olunmuş əmək miqrasiyası kvotasına dəyişiklik nəzərdən keçirilməklə, gələn il üçün kvotanın müəyyən olunması ilə bağlı təkliflərə baxılıb, müzakirələr aparılıb.

Vergi Məcəlləsində dəyişiklik edilib like
  • 24 Noy 19:02  
Siyasət Vergi Məcəlləsində dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində d

arrow Ətraflı
9 aya yol polisi 100 milyona yaxın cərimə yazıb like
  • 24 Noy 18:59  
Digərləri 9 aya yol polisi 100 milyona yaxın cərimə yazıb

Daxili İşlər Nazirliyinin əməkdaşları bu ilin ilk 9 ayı ərzində sürü

arrow Ətraflı
“Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliklər təsdiqləndi like
  • 24 Noy 18:56  
Siyasət “Sosial müavinətlər haqqında” qanuna təklif edilən dəyişikliklər təsdiqləndi

Prezident İlham Əliyev "Sosial müavinətlər haqqında" qanuna tək

arrow Ətraflı
İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib like
  • 24 Noy 18:55  
Siyasət İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcə

arrow Ətraflı
Türkiyəyə ərə gedən aktrisa ailə like
  • 24 Noy 18:54  
Şou-biznes Türkiyəyə ərə gedən aktrisa ailə

Ailə qurub Türkiyəyə köçən aktrisa Cəmilə Tağızadə yeni fotolarını

arrow Ətraflı
Publik hüquqi şəxsin dövlət qeydiyyatı onun idarəetmə orqanlarının üzvləri tam tərkibdə təyin edilmədiyi halda da həyata keçiriləcək like
  • 24 Noy 18:53  
Siyasət

Prezident İlham Əliyev "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dö

arrow Ətraflı
Aktyor Əjdər Həmidov vəfat edib like
  • 24 Noy 18:52  
Kriminal Aktyor Əjdər Həmidov vəfat edib

Teatr və kino aktyoru Əjdər Həmidov vəfat edib.

arrow Ətraflı
Səfurə İbrahimovanın yaddaşında problem yaranıb like
  • 24 Noy 18:44  
Kriminal Səfurə İbrahimovanın yaddaşında problem yaranıb

Noyabrın 22-də evində huşsuz vəziyyətdə tapılan Xalq artisti Səfurə I

arrow Ətraflı
Həftə sonu ictimai iaşələrdə bu xidmətlər bərpa oluna bilər? like
  • 24 Noy 18:41  
Digərləri Həftə sonu ictimai iaşələrdə bu xidmətlər bərpa oluna bilər?

Hotellər və Restoranlar Assosiasiyası ictimai iaşə sektoru həftə sonu ict

arrow Ətraflı
"Bu gün Azərbaycan bütün dünyada tolerantlıq nümunəsidir" like
  • 24 Noy 18:39  
Siyasət "Bu gün Azərbaycan bütün dünyada tolerantlıq nümunəsidir"

Bu günlərdə Azərbaycan xalqı tarixinin ən şərəfli və qürurlu günlər

arrow Ətraflı
Makar Qambaryan da istefa verdi like
  • 24 Noy 18:34  
Dünya Makar Qambaryan da istefa verdi

Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan istefa verib.

arrow Ətraflı
Noyabrın 25də manatın dollara qarşı məzənnəsi like
  • 24 Noy 18:29  
Digərləri Noyabrın 25də manatın dollara qarşı məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məluma

arrow Ətraflı