Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb


Siyasət 24 Noy 2020 19:20:00 125 0

Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb

Prezident İlham Əliyev "Publik hüquqi şəxslər haqqında" Qanunda dəyişiklik edilməsi barədə" qanunu təsdiq edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qanuna əsasən, Publik hüquqi şəxsin təsisçisinin səlahiyyətləri artırılıb.

Publik hüquqi şəxsin təsisçisi strukturun, əməyin ödənişi fondunun, işçilərin say həddinin və onların əməkhaqlarının məbləğinin (vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin) təsdiqi səlahiyyətinə də malik olacaq.

Son.az