Səfurə İbrahimovanın yaddaşında problem yaranıb
Kriminal 24 Noy 2020 18:44:00 68 0
Noyabrın 22-də evində huşsuz vəziyyətdə tapılan Xalq artisti Səfurə İbrahimovanın yaddaşında problem yaranıb.
Bu xəbəri də oxu: Azərbaycanda insan alveri ilə bağlı cinayətlərin sayı açıqlandı
Son.az Axşam.az-a istinadən xəbər verir ki, 81 yaşlı aktrisa dünən müayinə olunaraq xəstəxanadan buraxılıb. Onun müalicəsi hazırda ev şəraitində davam etdirilir. Həkimlər bildirib ki, Səfurə İbrahimovanın vəziyyətinin tam olaraq yaxşılaşması, huşunun qayıtması bir qədər zaman apara bilər. Hazırda aktrisa ən yaxın bir-iki şəxsdən başqa heç kimi tanımır.
Uzun müddətdir yaradıcılığına son verən və ictimaiyyət arasına çıxmayan aktrisa iki gün evdə döşəməyə yıxılmış vəziyyətdə qalıb. "Bu mənim ilk yıxılmağım deyil. Çox yıxılmışam, amma hələ yaşamaq istəyirəm" - deyə S.İbrahimova hər kəsə müraciət edib.
Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavabda deyilir ki, nazirliyin İncəsənət şöbəsinin əməkdaşı Xalq artisti Səfurə İbrahimovanın qardaşı qızı Könül xanımla əlaqə saxlayıb.
"Son günlər Səfurə xanımın qardaşının səhhətində problemlər yarandığı üçün Könül xanım atasının yanında qalıb. 23 noyabr tarixində Səfurə İbrahimova müayinə olunmaq üçün xəstəxanaya aparılıb, müayinə zamanı səhhətində ciddi problem aşkarlanmayıb. Səfurə İbrahimova hazırda qardaşı qızının evindədir", - deyə məlumatda deyilir.
Qeyd edək ki, S.İbrahimova Azərbaycan teatr və kino sənətində unudulmaz rollar yaradıb. Aktrisa müxtəlif illərdə "Azərbaycanfilm" kinostudiyasında "Sevil" (Dilbər), "Arşın mal alan"(Telli) "Qatır Məmməd" (Həbibə), "Alma almaya bənzər" (Mədinə), "Qaynana (Sədaqət), "Dərviş Parisi dağıdır" (Gülpəri) və başqa bədii filmlərə çəkilib. S.İbrahimova Hüseyn Cavidin "İblis" faciəsində oynadığı Rəna roluna görə 1984-cü ildə Azərbaycan Respublikasının dövlət mükafatına, 1974-cü ildə Əməkdar artist, 2002-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
Hotellər və Restoranlar Assosiasiyası ictimai iaşə sektoru həftə sonu ict

Bu günlərdə Azərbaycan xalqı tarixinin ən şərəfli və qürurlu günlər

"Demək olar ki, Bərdə rayonunda mənzillərə və fərdi yaşayış evl

Ermənistan müdafiə nazirinin müavini Makar Qambaryan istefa verib.

Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində qələbələ

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məluma

Rusiyanın Sankt-Peterburq şəhəri yaxınlığında altı uşağı girov göt

Səbail rayon Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq baş

Bakının Suraxanı rayonunda bıçaqlama hadisəsi törətməkdə təqsirli bil

Müdafiə Nazirliyi Şuşa şəhərinin havadan videogörüntüsünü yayıb.

Dövlət İmtahan Mərkəzi (DİM) Türkiyənin qabaqcıl qiymətləndirmə quru

Türkiyə Böyük Millət Məclisi və Avropa Şurası Parlament Assambleyasın

Türkiyənin Qars şəhərində logistika mərkəzinin istismarı 2021-ci ildə
